Advertisment

Onu Türkiyənin agenti hesab edirlər

Ermənistan parlamentinin bu gün keçirilən iclasında Türkiyə ilə danışıqlar aparan xüsusi nüməyyəndə, parlamentin vitse-spikeri Ruben Rubinyana qarşı müxalifət təmsilçiləri tərəfindən ittihamlar səsləndirilib.

Herbiand.az xəbər verir ki, müxalif “Ermənistan” ahaksiyasından olan deputatlar Ruben Rubinyanı Türkiyənin təsir agenti adlandırıb.

Ruben Rubinyan buna əsəbi cavab verib: “Burada mənim qarşımda dayanıb təsir agenti olduğumu deyən kimsə varmı? Burada belə adam yoxdur və ola da bilməz”.

Parlamentin vitse-spikeri Seyran Ohanyana üzünü turaraq rəhbəri olduğu fraksiyanın deputatlarını nizam-intizama dəvət etməyə çağırıb.

“Mən bunu ilk və sonuncu dəfə deyirəm”, – söyləyən Ruben Rubinyan xəbərdarlıq edib.