Advertisment
  • XƏBƏR
  • 17-01-2022 14:20

Tapança gəzdirən keçmiş məhkum saxlanılıb - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Herbiand.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində odlu silah saxlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Rafiq Kələntərov Beyləqan şəhəri ərazisində saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 1 ədəd “Revolver” tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.



Oxşar xəbərlər