Advertisment
  • 382
  • 11-05-2022 11:14

ŞOK DETALLAR: Ohanyan Şuşadan niyə qaçıb?

İkinci Qarabağ müharibəsi dövründə İrəvana məlumat verirdilər ki, hər şey normaldır, amma əslində vəziyyət tamamilə başqa cür idi. Bəzi səbəblərə görə real məlumat hakimiyyətə ötürülmədi. Şuşada da vəziyyət belə idi.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin sabiq Aparat rəhbəri Tiqran Avanyan yerli KİV-in suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, o zaman Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Şuşanın “müdafiəsi ilə bağlı” görəvləndirilmişdi:

"Seyran Ohanyandan ora dislokasiya olunmuş qruplara xəbər vermədən noyabrın 5-də axşam niyə qaçdığını soruşmaq lazımdır. Düşünürəm ki, o, İrəvan meydanlarında Qarabağı "xilas etməzdən" öncə həqiqəti yada salmalı, onun məsuliyyəti altında olan əməliyyatın niyə baş tutmadığını və niyə meydandan qaçdığını ictimaiyyətə aydın şəkildə izah etməlidir", – deyə Tiqran Avinyan bildirib.

Qeyd edək ki, İrəvanda Baş nazir Paşinyan əleyhinə aksiyalara Seyran Ohanyan da qoşulub.



Oxşar xəbərlər