Advertisment
  • 461
  • 11-05-2022 23:21

Azərbaycanın 7 kənd tələbinə Ermənistan hökumətinin cavab verməməsi razılıq əlamətidir – ERMƏNİ EKSPERT

“Azərbaycanın 7 erməni kəndinin qaytarılması ilə bağlı bəyanatından sonra Ermənistan hakimiyyətinin susması özlüyündə razılıq əlamətidir”.

Bu fikri hərbi ekspert Hayk Nahapetyan Aysor.am-ın müxbirinə müsahibəsində bildirib.

O xatırladıb ki, haqqında danışılan 7 kənd son dərəcə mühüm strateji əhəmiyyətə malik ərazilərdə yerləşir, xüsusən də Ermənistanı Gürcüstanla birləşdirən dövlətlərarası yollardan biri bu ərazilərdən keçir.

 “Bu yolun bağlanması Ermənistan üçün ən vacib arteriyanı kəsmək deməkdir ki, Azərbaycan bunu Qoris-Kapan yolunun 21 kilometrlik hissəsini bağlamaqla uğurla həyata keçirir”.

Erməni ekspert hesab edir ki, 7 kənd qaytarılsa Ermənistan qismən blokadaya düşə bilər.



Oxşar xəbərlər