Advertisment
  • 591
  • 11-05-2022 23:29

İrandan Ermənistana daha bir KÖMƏKLİK

İrandan Ermənistana qaz nəqlinin həcminin artırılması məsələsini iki ölkə arasında müzakirə ediləcək.

Herbiand.az xəbər verir ki, bunu İranın energetika naziri Əli-Əkbər Meqrabian İran-Ermənistan hökumətlərarası komissiyasının 17-ci iclasından sonra jurnalistlərlə söhbətində deyib.

“Qlobal qaz tələbatını nəzərə alaraq, təbii ki, tranzit imkanlarını inkişaf etdirmək lazımdır. Təbii ki, Şimal-Cənub magistralı Ermənistanı yüklərin tranziti üçün çox yaxşı variantdır. İrandan Ermənistana qaz ixracının həcmi artıb və qeyd etməliyəm ki, bugünkü görüşdə İran Milli Qaz İxrac Şirkətinin icraçı direktoru da burada olub və müzakirələr zamanı qazın həcminin artırılması ilə bağlı razılıq əldə olunub”, - deyə nazir bildirib.



Oxşar xəbərlər