Advertisment
  • 437
  • 12-05-2022 00:11

Ermənistan Azərbaycana nə təkliflər verib?

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib ki, Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq.

“Qazax rayonunun 7 kəndi və Kərki ilə bağlı məsələ delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır. Ermənistan heç vaxt bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil. Bu ərizələr Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi müzakirə olunub öz həllini tapacaq”, - deyə o bildirib.

Bundan başqa, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov daha sonra İrəvanın sülh danışıqlarına başlamaq üçün irəli sürdüyü prinsipləri açıqlayıb. O bildirib ki, İrəvandan alınan sənəddə Ermənistanın Azərbaycandan heç bir ərazi iddiası olmadığı bildirilir. Yalnız vurğulanan odur ki, sülh müqaviləsi 10 noyabr, 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarına uyğun olmalıdır. Azərbaycanın xarici işlər nazirinin sözlərinə görə, Ermənistan tərəfi Bakı ilə danışıqlara hazırdır,

“Həmin sənədə baxsaq, görərik ki, onları təklif adlandırmaq olmaz. Sənəd Azərbaycanın təkliflərinə Ermənistan tərəfinin cavabı şəklində təqdim edilib. Mən həmin 6 bəndlik cavabın bəzi məqamlarını sadalaya bilərəm və nəticə çıxara bilərsiniz ki, bunlar nə dərəcədə təklif sayıla bilər”, - deyə Ceyhun Bayramov bildirib.

Ermənistan Xarici İşlər Nazirliyi hansı "təklifləri" təqdim etdiyini açıqlamır, adıçəkilən kəndlərin məsələlərinin danışıqlar masasında olub-olmaması ilə bağlı heç bir söz deyilmir.
Azərbaycanın xarici işlər naziri Ermənistanda baş verən etirazlara münasibət bildirib və qeyd edib ki, aksiyaların təşkilatçıları ölkəni uçuruma aparır.



Oxşar xəbərlər