Advertisment
  • 398
  • 12-05-2022 08:39

Kliçkodan həyəcalnı xəbərdarlıq: “Rusiya hər an..."

Rusiya Kiyevi ələ keçirmək planından əl çəkməyib.

APA xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko CNN telekanalına müsahibəsində bildirib. Mer bildirib ki, evlərinə qayıdan paytaxt sakinlərinin təhlükəsizliyinə təminat vermək çətindir.

Vitali Kliçko Rusiyanın nüvə silahından istifadə ehtimalından da narahatlığını bildirib.

Onun sözlərinə görə, Ukraynanın paytaxtı hələ də Rusiyanın əsas hədəfidir.

O, evlərinə qayıdan Kiyev sakinlərinə diqqətli olmaları barədə xəbərdarlıq edib.

“Nə qədər ki, Ukraynada müharibə var, biz heç bir ukraynalıya zəmanət verə bilmərik”, - deyə Kliçko bildirib.

O bildirib ki, Rusiya Federasiyası şəhərə hər an hücum edə bilər.

“Təhlükəsizlik indi əsas məsələdir. Əlbəttə ki, biz narahatıq bununla belə ordumuz bizi qoruyur. Lakin risk hələ də mövcuddur və tərəfdaşlarımız, ABŞ və Avropa ölkələri olmadan biz sağ qala bilmərik”, - deyə mer əlavə edib.



Oxşar xəbərlər