“Qarabağ Azərbaycanın daxili məsələsidir. Çünki Qarabağ Azərbaycanın daxili ərazisidir. Əslində həmin ərazilərdə olan erməni silahlılarının fəaliyyəti, törətdikləri vandallığa görə Azərbaycan tərəfi Ermənistanı məhkəməyə verməli idi”.
Bu fikirləri Herbiand.az-a hərbi ekspert Ədalət Verdiyev bildirib. O, Errmənistanın Azərbaycanı məhkəməyə verməsinə münasibətilə yanaşı, həmçinin Fərrux istiqamətindəki vəziyyəti də şərh edib:
“Əgər onlar bu addımı atıblarsa, özlərini bir daha dünya ictimaiyyəti qarşısında biabır etdilər. Ermənistan tərəfi ərzaimizdə hansı səbəbdən qoşun yerləşdirdiyini izah etməli olacaq. Fərrux istiqamətində heç bir dəyişiklik yoxdur, bayrağımız Fərrux istiqamətində dalğalanır və bizim bayrağımızın dalğalanacağı coğrafiyanın miqyası da getdikcə artacaq.
Emin Şirvanzadə