Advertisment
  • 54
  • 15-05-2022 18:07

Rusiyanın siyasi rəhbərliyi dəyişir: Krım və Donbas geri alınacaq - ŞOK AÇIQLAMA

Rusiya prezidenti Putin ağır xəstədir və artıq Rusiya Federasiyasında siyasi rəhbərliyin dəyişməsinə hazırlıqlar görülür.

 

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Sky News” telekanalına müsahibəsində deyib. Videomüsahibədən kadrlar Ukrayna Xüsusi Rabitə Dövlət Xidmətinin sosial şəbəkə səhifəsində yayımlanıb.

 

"Bütün bunlar Rusiya Federasiyasının siyasi rəhbərliyinin dəyişməsinə gətirib çıxaracaq. Artıq bunun üçün proseslər başlayıb və Rusiya artıq bu istiqamətdə hərəkət edir",- deyə Budanov bildirib.

 

Ukrayna kəşfiyyat rəhbəri bildirib ki, Rusiya Federasiyasında siyasi rəhbərlik dəyişikliyinə doğru hərəkat artıq başlayıb və “onu dayandırmaq artıq mümkün deyil”. Budanov eyni zamanda "Rusiya diktatoru" Putinin səhhətinin pis olması ilə bağlı şayiələri də təsdiqləyib.



Oxşar xəbərlər