Advertisment
  • 69
  • 15-05-2022 19:00

İrəvanda müxalifət gülünc durumda - Əvvəlki günlərdə keçirilən aksiyaların kadrları nümayiş etdirilir - CANLI YAYIM

İrəvanın Fransa meydanında Müqavimət Hərəkatının mitinqi başlayıb.

Herbiand.az xəbər verir ki, müxalifət dünən və bu gün heç bir itaətsizlik aksiyası keçirməyib. Bu gün keçirilən aksiyada canlanma yaratmaq üçün əvvəlki günlərdə keçirirlən aksiyalardan kadrlar nümüyiş etdirilib. 

Dünən Müqavimət Hərəkatının koordinatoru İşxan Saqatelyan Fransa meydanında keçirdiyi mətbuat konfranda bildirmişdi ki, gələn həftədən hərəkatın taktikası dəyişəcək.

Yerli ekspertlər hesab edir ki, müxalifət aksiyaların nəticə vermədiyini anlayır. Vətəndaşların aktivliyi zəifdir.  Müxalifət tərəfdarlarının az olması onların aksiyalarının effektiv olmaması ilə nəticələnir. Buna görə də yeni taktika ortaya atmaqla mübarizəni uzatmaq istəyirlər. Lakin yeni taktikanın da uğurlu olmayacağı bəllidir.



Oxşar xəbərlər