Advertisment
  • 1035
  • 15-05-2022 20:04

Ukraynanın vurduğu “Moskva” kreyserinin SON ANI – SƏS YAZISI YAYILDI

Ukrayna Silahlı Qüvvələrinin “Neptun” raketi sıradan çıxardıqları “ Moskva” kreyserinin vurulduqdan sonra idarəetmə mərkəzi ilə son danışığı yayılıb.

Herbiand.az yada salır ki, batırılan “ Moskva” kreyseri Rusiyanın Qara Dəniz Donanmasının ən böyük və bahalı hərbi gəmisi idi. Flaqman vurulan anda gəmidə 500-550 hərbçi olub. Bunlardan neçəsinin həlak olması barədə məlumat yoxdur.

Məlumatlara görə gəminin zədələnməsindən sonra hərbçilərin xilas olunmasında Türkiyə Silahlı Qüvvələrinin gəmisi iştirak edib.

Gəminin vurulması anında koordinatların ABŞ kəçfiyyatı tərəfindən Ukraynaya öterülfüyü deyilir. Pentaqon bu məlumatı təkzib edib.

Ekspertlərin qiymətləndirməsinə görə, “Moskva” kreyserinin batması ilə Qara Dəniz Donanması əməliyyat imkanlarını 30 faizini itirib.



Oxşar xəbərlər