Advertisment

SON ANDA: Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə əngəl olmayacaq

"Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü bloklamaq fikrindıə deyil".

Herbiand.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq NATO ölkələri xarici işlər nazirlərinin Berlinə keçirilən qeyri-formal görüşündən sonra keçirdiyi online mətbuat konfransında bildirib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan PKK-ya dəstək verdiyinə görə, Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı fikirlər səsləndirmişdi. Onun ardınca türkiyə xarici işlər naziri də bu fikirləri təsdiq edən bəyanat vermişdi.