Ramzan KadIrov Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunda olan insanların təxliyəsi ilə bağlı Türkiyə rəhbərliyinə müraciət ünvanlayıb.
Herbiand.az xəbər verir ki, Kadırov “Azovstal” zavodunda olanları nasist adlandırıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan administrasiyası “Azovstal”da qalmış “Azov” alayının nasistlərini təxliyə etməyə hazır olduğunu açıqlayıb. Hörmətlə müsəlman dövlətinin rəhbərinə xatırlatmaq istərdim ki, “Azov” alayı faşist-millətçi cinayətkar silahlı qruplaşmadır. Onların sizi aldatmasına icazə verməyin”.