Advertisment
  • 227
  • 16-05-2022 00:55

İrəvandakı mitinqlərin gizlinləri - Vanetsyan niyə yoxa çımışdı?

Ermənistan müxalifəti və Qarabağ erməni klanının rəhbərləri 10 günlük fasilədən sonra “Vətən” partiyasının sədri, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanı geri qaytarmağa nail oldu. 15 mayda yenidən nümayişçilər qarşısına çıxan Vanetsyan nümayişlərdə görünməməsinin səbəbini xəstələnməsi ilə əlaqələndirib.

Amma Ermənistan siyasi dairələrində partiya sədrinin mitinqlərə qtılmamasını keçmiş prezidentlər, Qarabağ erməni klanının başçıları Robert Köçəryan və Serj Sarqsyanla aralarında olan qarşıdurma ilə əlaqələndirirlər. Artur Vanetsyan eks-prezidentləri kütləvi mitinqlərin təşkili üçün lazım olan miqdarda maliyyə vəsaiti buraxmamaqda günahlandırır. Bu narazılığa Vanetsyanın özünə və rəhbərlik etdiyi “Vətən” partiyasına vəd olunan pul vəsaitinin verilməməsi də əlavə olunub. Vanetsyan mitinq və nümayişlərdən əldə edəcəyi vəsait hesabına partiyasını dirçəltməyi və ayaqda saxlamağı nəzərdə tuturdu.

Robert Köçəryan və Serj Sarqsyanın etiraz nümayişlərinin təşkili üçün lazımi miqdarda vəsit ayırmamalarının səbəbi isə mitinqlərdən istədikləri nəticəni əldə edə bilməyəcəklərini hiss etmələridir.

Bu qarşıdurma Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın da qeyd etdiyi kimi, Ermənistan müxalifətinin milli maraqları deyil öz şəxsi maraqlarını düşündüklərini sübut edir. Vanetsyanın mitinq qarşısında iştirakçılara qoşulmamasını xəstəliyi ilə əlaqələndirməsi isə gözdən pərdə asmaqdan başqa bir şey deyil.

Əlimusa İbrahimov
Politoloq



Oxşar xəbərlər