Advertisment

Belarus qorxu içərisindədir – Rusiyanın müttəfiqi niyə qorxur?

Ukraynaya qarşı Rusiya ilə müttəfiqlik edən Belarus qorxu içərisindədir. Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini İqor Korol “STV” kanalına verdiyi müsahibədə bildirib ki, Ukrayna Belarus sərhədləri yaxınlığında 10 minə yaxın hərbi qulluqçu və müasir silahlar cəmləşdirib.

Herbiand.az xəbər verir ki, Korol sərhəddə toplanan qüvvələrin 6 min nəfəri Ovruç istiqamətində, 4 min 500 nəfəri isə Çerniqov istiqamətində olduğunu bildirib.

Sərhədə cəmləşən qüvvələrin ABŞ-dan alınmış müasir silahlarla silahlanması Belarusun hərbi rəhbərliyinin yuxusunu qaçırıb.

“Ukraynalılar qonşu ərazilərdə yolları, körpüləri minalayır. Onlar gücləndirilmiş silahlı dəstələrlə patrul xidməti aparır. Buna görə də istənilən təxribatlar ola bilər”, - deyə Korl əlavə edib.
Herbiand.az