Advertisment

Avstraliya Ukraynaya əlavə zirehli maşınlar göndərəcək

Avstraliya hökuməti Ukraynaya yeni silah partiyasının göndərilməsi qərarını təsdiqləyib. Vətəndaşlar isə 60 ədəd tibbi yardım altlığı toplayıblar.

Herbiand.az xəbər verir ki, bu barədə Australian Defence Magazine məlumat verib.

Ukrayna üçün yeni silah partiyası 14 ədəd M113 tırtıllı zirehli personal daşıyıcısı və 20 ədəd Bushmaster zirehli maşınından ibarətdir. Silahların qiyməti 60 milyon dollar təşkil edir.

“Bu əlavə yardım Rusiyanın qəddar və qeyri-qanuni işğalına cavab olaraq Ukrayna hökumətini daha da dəstəkləyəcək” - Avstraliyanın müdafiə naziri Piter Datton öz şəxsi saytında deyib.

Bundan başqa, Avstraliya əhalisi 60 ədəd tibbi yardım altlığı toplayıblar və bunlar da Ukraynaya göndəriləcək.