Advertisment

Azərbaycan Ordusu Sünik istiqamətində İRƏLİLƏDİ? – BƏS NİYƏ MƏLUMAT VERİLMİR?

Azərbaycan Silahləı Qüvvələrinin  bölmələri  Ermənistan Respublikasının Sünik rayonunun Nerkin Xand kəndi ilə üzbəüz dağlıq ərazidə irəliləyib.

Herbiand.az xəbər verir ki, bu məlumatı Ermənistan mediası yayıb.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin göstərilən istiqamətdə irəliləməsi xəbərini təsdiq etməyib.  

Ermənistan müxalifətinə və Rusiyaya meylli informasiya vasitələri isə bu xəbərin doğru olduğunu israrla təkrar edir. Və hətta mövcud durumu əks etdirən xəritələr də dərc edir.

Azərbaycan Ermənistanda qaldırılan bu səs-küyə elə də ciddi reaksiya vermir. Hələlik rəsmi qaydada yayılan informasiyalara reaksiya verilməyib. Əslində rəsmi cavabın verilməsinə lüzum da yoxdur. Çünki Ermənistan Müdafiə Nazirliyi bu xəbərin doğru olmadığı barədə məlumat yayıb.

“Ermənistanın səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. Çünki BMT çərçivəsində tanınmış sərhədlərimiz daxilində Azərbaycan Ordusunun istənilən fəaliyyət hüququ var və buna qarşı səs-küy qaldırmaq sağlam məntiqə sığmır”.

Bu fikirlər isə Azərbaycanlı hərbi ekspert Ədalət Verdiyevə məxsusdur.

Ədalət Verdiyev hesab edir ki, Azərbaycan Ordusu ölkəmizin sərhədləri daxilində yerləşmək və oranın təhlükəsizliyini təmin etmək hüququna malikdir:

“Ermənistan tərəfinin hansısa “təlaşı” xoflanmaqdan başqa bir şey deyil. Digər tərəfdən, əgər Ermənistan Ordumuzun sərhədlərimiz daxilində manevrlərindən panikaya düşmək istəmirsə, sərhədlərin delimitasiya və demarkasiya prosesini sürələndirməli, sülh sazişinin imzalanmasına nail olmalıdır. Əks halda Azərbaycan özününkü olanı əldə etmək üçün irəliləməyə davam edəcək, Ermənistan isə ancaq bəyanat səsləndirməli olacaq”.

Sözsüz ki, Ermənistan müxalifətinin bu hay-küyü qaldırmaqda marağı var. Bu maraqlardan biri daxili auditoriyaya, ikincisi isə beynəlxalq auditoriyaya hesablanıb.

Ermənistan müxalifəti daxili auditoriyaya sübut etmək istəyir ki, Paşinyan və onun komandası Ermənistanın milli maraqlarını qorumaq iqtidarında deyil. Beynəlxalq auditoriyaya isə Azərbaycanın Ermənistanın təhlükəsizliyi üçün təhdidlər törədir.

Ermənistan müxalifəti bu cəhdlərində sözsüz ki, Rusiyadan təlimat alır və bu HAY-küyə ancaq Rusiya “inanır”.

Herbiand.az