Advertisment

Lavrov Türkiyədə nəyi müzakirə edəcək? - POLİTOLOQUN ŞƏRHİ

Rusiya ilə Ukrayna arasında gedən müharibənin qızğın vaxtında Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Türkiyəyə səfəri çox diqqətlə izlənilir. Bu səfərin birbaşa müharibənin yaratdığı problemlərlə bağlı oıduğu heç kimdə şübhə doğurmur. Amma müharibənin doğurduğu problemlər sadalamaqla bitmir.

Bir günlük səfr çərçivəsində bütün bu məsələləri müzakirə etmək də imkan xaricindədir. Digər tərəfdən Türkiyə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının öhdəsində olan məsələləri müzakirə etmək üçün heç səy də göstərə bilməz. Amma Türkiyənin də müzakirə edərək çıxış yolu tapa biləcəyi məsələlər yetərincədir. Bu məsələlredən ən önəmlisi ərzaq məsələsidir. Qeyd etmək lazımdır ki, ərzaq məsələsinin çox ciddi şəkil alması hesabına görüşün və ziyarətin vaxtı irəli çəkilib.

Diplomatik kanallarla verilən məlumata görə Sergey Lavrov Türkiyə Xarici İşlər Naziri Mevlütt Çavuşoğlu ilə görüşəcək.

Lavrovun səfəri ilə bağlı verdiyi açıqlamada Çavuşoğlu ərzaq probleminin aradan qaldırılması istiqamətində ciddi-cəhdlə çalışdıqlarını vurğulayıb: “ Mövzu ilə bağlı BMT, Ukrayna və Rusiya ilə təmasdayıq. Çərşənbə günü Lavrovun başçılıəq etdiyi nümayəndə heyəti bu və ya digər məsələləi müzakirə etmək üçün Ankaraya gəlir. Ukrayna Xarici İşlər Naziri Kuleba ilə də təmasdayıq.”

Ziyarət başlamamış Rusiya saytları Odessada saxlanılmış 20 milyon tondan artıq taxılın çıxarılması barədə Rusiya ilə Türkiyə arasında razılığın əldə olunması barədə məlumat veriblər. Türkiyə və Ukrayna tərfi bu xəbəri doğrulamamış və təkzib də etməmişlər. Müzakirəıər zamanı taxılın daşınması ilə əlaqədar müəyyən razılığın əldə olunacağına böyük ümidlər var.

Ərzaq məsələsi ilə yanaşı Sergey Lavrovun Türkiyədə Suriya ətrafında baş verən hadislərin də müzakirəsi gözlənilir. Türkiyənin Suriyada yeni əməliyyat hazırlığında olması Rusiyanın məsləhətlər aparmasına zərurət yaradıb. Məhz Suriya haqqında müzakirələrin aparılacağı Lavrovun Türkiyə Müdafiə Naziri Hulusi Akar ilə görüşəcəyini diktə edir. Səfərin irəli çəkilməsinin səblərindən biri də Türkiyənin Suriyada aparacağı əməliyyatlarla əlaqələndirilir.

Həmişə olduğu kimi bu dəfki Türkiyə - Rusiya görüşlərinə böyük ümidlər var. Gələcək daha əhatəli razılaşmaların bünövrəsinin də bu səfər nəticəsində qoyula biləcəyi istisna olunmur.
Əlimusa İbrahimov
Politoloq