Dövlət İstintaq Bürosu ötən il Donbassda tapılan böyük miqdarda silahları Ukrayna Silahlı qüvvələrinin ixtiyarına verib.
Herbiand.az ukranews.com-a istinadən xəbər verir ki, bu barədə Dövlət İstintaq Bürosundan bildirilib.
Ötən ilin oktyabr ayında Büronun əməkdaşları Donetsk vilayətinin yaşayış məntəqələrinin birində içərisində böyük miqdarda silah-sursatlar olan anbar aşkar etmişdilər. İndi Büronun müstəntiqinin tələbi ilə məhkəmə bu dəlillərin üzərinə qoyulan həbsi götürüb. Silah-sursatlar Ukrayna Silahlı qüvvələrinə ehtiyaclarını qarşılamaq üçün ötürüləcək.
Ələ keçirilənlər əsasən bunlardan ibarətdir:
- onlarla qumbaraatanlar;
- təxminən müxtəlif modifikasiyalı 180 tankəleyhinə reaktiv minalar;
- yüzlərlə əl qumbaraları;
- 56 mindən çox müxtəlif kalibrli güllələr və digər silah-sursatlar.