Advertisment

Nihat Abdullayev: “Əsgərin mənəvi-psixoloji durumunda aşkar olunan nöqsanlara dərindən fikir verilmir”

“Əslində əsgərə nəzarət etmək  kiçik komandirlərin daima əsgərin yanında olması demək  deyil. Nəzarət əsgərin psixologiyasını fərdi və tam şəkildə mükəmməl bilmək, onun məişət şəraitini, hərbi qulluqçular arasında münasibətlərin pozulmaması üçün vaxtında müvafiq tədbirlərin görülməsi deməkdir”.

Bu fikirləri orduda baş verən intihar hallarının səbəbini Herbiand.az-a şərh edən ehtiyatda olan polkovnik-leytenant Nihat Abdullayev bildirib:

“Hərbi qulluqçular ilə aparılan fərdi söhbətlər bu tip neqativ halların qarşısını almaq üçün hesablanıb. Əsgər öz yoldaşları ilə  kontakta girməmişdən əvvəl  fərdi söhbətə çağırılmalı və  əsgərlə dərindən, ən kiçik detala qədər söhbət aparmaq lazımdır. Çox təəssüf olsun ki, bəzən komandirlər tərəfindən bu proses düzgün aparılmır. Fərdi söhbət zamanı məlum olur ki,  hərbi qulluçunun mənəvi-psixoloji vəziyyəti onun ağır şəraitli döyüş postlarında xidmət etmək dərəcəsində deyil.  Buna ötəri yanaşılır. Əsgər TTM-i bitirdikdən sonra bütün hallarda xidmətə yararlı sayılır. Əfsus ki, yuxarı rəhbər heyəti əsgərin mənəvi-psixoloji durumunda aşkar olunan nöqsanlara dərindən fikir vermir”.

Emin ŞİRVANZADƏ