Advertisment

Paşinyan Brüssel razılaşmalarını niyə pozur? - POLİTOLOQUN ŞƏRHİ

Rusiya XİN rəhbəri Sergey Lavrovun KTMT-nin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Yerevana səfər çərçivəsində əsas işi Azərbaycanla əldə olunmuş razılaşmaları pozmaqdan ibarətdir. Hazırda Brüsseldə əldə olunmuş razılaşmalar Kremlin təlimatlari ilə Ermənistan tərəfindən yerinə yetirilmir.

Ötən gün Ermənistanın Laçın rayonu ilə dövlət sərhəddində təxribatlara əl atması buni göstərir. N. Paşinyanda hazırkı situasiyada daxildə baş verənlərdən dolayı manevr edir və prosesləri uzatmağa çalışır. Baş verənlər ciddi noensdir və Ermənistan tərəfi yeni toqquşmalarda maraqlı görünür. N. Paşinyan Moskvanın təzyiqləri fonunda acizdir.

ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin Cənubi Qafqaz səfəri turnesidə Baki və Yerevanda danışıqlar aparacaq. Artıq Vaşinqtonun Azərbaycana münasibəti müsbətdir və Yerevana ciddi təzyiqlər edəcəyi mümkündür. Çünki Ermənistan Rusiyanın forpostu olaraq sülh prosesinə mane olur.

Cənubi Qafqazda ABŞ Rusiya rəqabətində Ermənistan tərəfi Moskvanın dəstəyi ilə sülhü sabotaj etməklə Vaşinqtonun regionda geosiyasi maraqlarına zərbə vurur.

Azərbaycanla Ermənistan arasında danışıqlar Yerevanın desuturiktiv siysəti nə növbəti mərhələdə dalana dirənir.

Məhəmməd Əsədullazadə
Politoloq