Advertisment
  • 209
  • 17-06-2022 10:54

Parisdə Azərbaycan səfirliyinə hucum olub –Xəsarət alanlar var

Parisdə mütəşəkkil erməni təşkilatı Daşnaksütyun (Erməni İnqilabi Federasiyası, FRA -Daşnaksütyun) partiyasının davamçıları olan FRA Nor Seround assosiasiyasının üzvləri Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum ediblər.

Erməni gənclərdən ibarət təxribatçı dəstənin üzvləri ERE televiziyasının Qarabağ və Şuşa şəhərindən hazırladıqları “Qarabağa gedən yol” adlı filmin Mədəniyyət Mərkəzində təşkil edilmiş təqdimatına mane olmaq istəsələr də, buna nail ola bilməyiblər.

Səfirlik fransız polisinə müraciət edib. Polislər təxribatçı dəstənin əsas üzvünü saxlayıblar.

ASALA terror təşkilatı tərəfindən beyinləri yuyulmuş və manqurtlaşmış erməni gənclər təcavüzkar hərəkətləri ilə azərbaycanlılara xəsarət yetiriblər.

Qeyd edək ki, FRA-daşnaksütyunun keçmiş lideri Varandyan daşnakların nə dərəcədə terrorist olduqlarını aydın şəkildə təsvir edərək yazıb : “FRA-daşnaksütyun kimi terror üsulları ilə bağlı zəngin təcrübəyə malik inqilabi partiya heç vaxt olmayıb… FRA-daşnak terrorizmin ən qatı nümayəndələrini yetişdirib”. Göründüyü kimi, erməni daşnaklar öz xislətlərindən əl çəkməyiblər.

Xatırladaq ki, bir neçə il əvvəl elə həmin FRA Nor Seround gənc daşnakları Parisdə “Saint Eustache” kilsəsində Xocalı faciəsi ilə bağlı hazırlanmış tədbirə soxularaq, təcavüzkar hərəkətlər törətmişdilər.

Azərtac



Oxşar xəbərlər