Advertisment
  • 1351
  • 18-06-2022 08:32

Laçın rayon mərkəzində Azərbaycan bayrağı qaldırılmasına hazırlıq gedir – ERMƏNİLƏRİN KÖÇÜ BAŞLAYIB

Üçtərəfli 10 noyabr bəyanatına uyğun olaraq Qarabağın ermənilər yaşayan bölgəsi ilə Ermənistanı birləşdirən Laçın dəhlizinə alternativ yolun çəkilişi artıq yekunlaşmaq üzrədir.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, artıq alternativ yolun çəkilişi yekunlaşmaq üzrədir.

Yeni yolda hərəkət təmin olunduqdan sonra Laçın dəhlizi aktuallığını itirəcək və dəhliz funksiyasını yeni çəkilmiş yol oynayacaq. Beləliklə Laçın rayon mərkəzindən keçən yolda Rusiya sülhməramlılarının tətbiq etdiyi 5 kilometrlik  təhlükəsizlik zonasında nəzarət tam olaraq Azərbaycan Silahlı Qüvvələrinə keçəcək.

Artıq Laçın rayon mərkəzində və 5 kilometrlik təhlükəsizlik zonasına düşən kəndlərdən ermənilərin köçü başlayıb. Yaxın günlərdə bu yaşayış məntəqələrində Azərbaycan bayrağı qaldırılacaq.



Oxşar xəbərlər