Advertisment
  • 425
  • 18-06-2022 19:32

Paşinyan Bakıya qıcıq verən ifadəni yenə işlətdi

ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Karen Donfrid İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

 

 

 Herbiand.az bildirir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

 

 

 

Paşinyan görüşdə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi vacibliyindən danışmaqla bərabər, provokativ bəyanat və hərəkətlərə "ünvanlı reaksiyaların" verilməsi gərəkdiyini deyib.

 

 

 

Ermənistan baş naziri yenə də ATƏT-in artıq çoxdan dəfn edilən Minsk Qrupundan bəhs etməyə, ABŞ-ın MQ-nin həmsədri kimi "münaqişənin həllindəki açar rolundan" danışmağa cəhd göstərib.

 

 

 

Qeyd edək ki, bundan öncə ABŞ-ın Ermənistandakı səfirliyinin Donfridin İrəvana səfəri ilə bağlı yaydığı məlumatda MQ ilə bağlı heç bir nüans yox idi. Çünki Minsk Qrupunun artıq dağıldığını hər 3 həmsədr ölkə təsdiqləyib.

 

 

 

Bir müddət öncə Rusiya XİN rəhbəri Sergey Lavrov Ukrayna müharibəsi səbəbindən münasibətlərin kəskinləşdiyi və əlaqələrin sıfra düşdüyünə görə Minsk Qrupunun fəaliyyətinin faktiki olaraq mümkünsüzlüyünü açıq elan etmişdi. Bunun ardınca isə Rusiya, Fransa və ABŞ MQ-dəki həmsədrlərinə "Qafqaz üzrə nümayəndələr" statusu verməklə, Minsk Qrupunun rəsmən dağıldığını faktiki təsdiqlədilər.



Oxşar xəbərlər