Advertisment
  • 218
  • 19-06-2022 09:34

Kremlin son planı – PAŞİNYANI ÖLDÜRMƏK...

Artıq bəllidir ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini həyata keçirməyi bacarmadı. Doğrudur Ermənistan müxalifətinin lokal aksiyaları davam edir. Ancaq istənilənin əldə olunmaması göz qabağındadır. Fransa meydanından çadırlar yığışdırılıb, küçələrin bloklanması aksiyaları demək olar ki, keçirilmir. Və bütün bunlar hakimiyyətin sərt addımlar atılacağı ilə bağlı xəbərdarlığından sonra baş verdi.

Paşinyanın əleyhidarları dərk etdi ki, hakimiyyətin sərt addımları müxalifətin birdəfəlik gömülməsi olacaq. Buna görə də salamat qalmaq üçün geri çəkilmək taktikasını seçdilər.

Bu uğursuz cəhdlərdən sonra Kremlin Ermənistandan əl götürdüyünü düşünmək sadəlövhlük olardı. Çünki hamının yaxşı dərk etdiyi bir həqiqət var ki, Ermənistanda məğlubiyyət Rusiyanın Qafqazdan əlini üzməsi anlamına gəlir.

Gürcüstanın Avropa İttifaqına müraciətindən  (hələlik rədd cavabı alsa da) sonra növbəti belə müraciət Ermənistan tərəfindən olacaq.

Bəzi ekspertlər hesab edir ki, indi kremlin Ermənistanda öz maraqlarını təmin etməsi üçün iki yolu qalıb: HƏRBİ ÇEVRİLİŞ və ya PAŞİNYANIN FİZİKİ MƏHVİ.

Çevriliş real görünmür. Çünki Paşinyan hərbi rəhbərliyə etibar etdiyi kadrları yerləşdirə bilib.

Üçüncü bir yol da qalır: Qarabağda vəziyyətin Ermənistanı narahat edəcək tərzdə gərginləşdirmək.

Doğrudur sonuncu addım Azərbaycanın xeyrinə olacaq. Və belə bir addım Rusiya üçün risklidir. Çünki eyni anda həm Azərbaycanı, həm də Ermənistanı itirə bilər. O zaman sual yaranır belə bir risk yaxşıdır, yoxsa Paşinyanın fiziki məhvi?

Herbiand.az

 

 

 



Oxşar xəbərlər