Advertisment
  • 547
  • 20-06-2022 10:36

Kəlbəcər istiqamətində gərginlik – ÖLƏNLƏR VAR

İyunun 19-da Azərbaycan-Ermənistan sərhəddinin Kəlbəcər rayonundan keçən hissəsində atışma olub.

Herbiand.az xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb.

Faktı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib. İnsidentin hansı şəraitdə baş verməsi ilə bağlı səhih məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyilir:

“İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki. Baş verən insident zamanı erməni tərəfi canlı qüvvə baxımından itki verib. Təfərrüatlar bəlli olmasa da Ermənistan Müdafiə Nazirliyi ölüm faktını təsdiqləyib.  



Oxşar xəbərlər