Advertisment
  • 269
  • 20-06-2022 11:12

Qarabağ erməniləri QORXU İÇƏRİSİNDƏDİR

Qarabağda yaşayan ermənilər panika içərisindədir.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, Qarabağda yaşayan ermənilərin separatçı kəsimin təbliğatına aldanaraq Ermənistan müxalifətinin aksiyalarını dəstəkləməsi və bu aksiyaların fiaskoya uğraması ciddi narahatlıq yaradıb.

Mənbənin məlumatına görə, Qarabağda ermənilər arasında separatçıların heç bir nəticə əldə edə bilməyəcəyi əminliyi yaranmaqdadır. Bunun nəticəsidir ki, ermənilər Qarabağdan qaçmaq üçün fürsət axtarır.

Yaranmış duruma Qarabağ ermənilərinin idarəetmə orqanları da təsir edə bilmir. Hazırda sadə insanların separatçılara inamı azalmaqdadır.
Məhz bunun nəticəsidir ki, yayəlan söhbətlərin şaiyə olduğunu və heç bir narahatçılaığa əsas olmadığını sadə ermənilərə təlqin etmək istəyirlər. Buna görə də Qarabağda mövcud idarəetmə oraqanında təhlükəsizliyə cavabdeh qurum xalqa müraciət edərək social şəbəkələrdə yayılan informasiyalara inanmamağa çağırıb.



Oxşar xəbərlər