Advertisment

Peqovun kanalı bağlandı

“YouTube” platforması təxribatçı videolarla populyarlıq qazanan rusiyalı bloger Semyon Peqovun “WarGonzo” kanalını bağlayıb.

Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində təxribatçı videolar çəkməklə məşğul olub. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.