Advertisment

Slovakiya öz tanklarını Ukraynaya göndərə bilmir

Slovakiya alman Leopard tanklarının qarşılığında Ukraynaya sovet T-72 tanklarını göndərə bilməyib. Çünki Berlin kifayət qədər tank təklif etməyib.

Herbiand.az xəbər verir ki, bu barədə “Европейская правда” Business Insider-ə istinadən məlumat yayıb.

Slovakiya ilə Almaniya arasında razılaşma aprel ayında məlum olub. Ukrayna 30 ədəd T-72 tankları almalı idi. Əvəzində buna görə Slovakiyaya eyni sayda alman Leopard 2А4 tankları veriməli idi. Lakin Berlin Bratislavaya yalnız 15 tank təklif edib. Bu isə Slovakiyanın müdafiə ehtiyaclarını örtməyə kifayət etmir. Ona görə də razılşma indiyə qədər həyata keçməyib.

“Reallıq budur ki, biz Çexiya və digər ölkələrə söz verilən yardım formasını qəbul edə bilmərik. Onlar Ukraynaya göndərilən hər müdafiə texnikası qarşılığında ikisini alıblar. Ona görə 15 Leopard tankları bizim üçün həll variantı deyil, çünki batalyon üçün bizə 30 döyüş tankı lazımdır”, - Slovakiya Müdafiə Nazirliyinin rəsmisi Business Insider-ə bildirib.