Advertisment

Bu Muzeydə unikal silah sərgisi olacaq

Milli Tarix Muzeyində unikal dekorativ tərtibatlı silahlardan ibarət sərgi açılacaq.

Herbiand.az bildirir ki, bu barədə Azərbaycan Milli Tarix Muzeyindən məlumat verilib.

Bildirilib ki, muzeyin Silahlar və Bayraqlar fondunda saxlanılan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Eyni zamanda bu silahlar yalnız sənətkarlıq əsərləri deyil, yüksək zövqlə hazırlanmış incəsənət nümunələridir.

Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgidə Azərbaycan silahları ilk dəfə olaraq, sənətkarlıq və incəsənət nümunələri kimi təqdim ediləcək.

Sərgidə 300 ədəd unikal dekorativ tərtibatlı silah nümayiş olunacaq. Sərgi 28 iyun – 15 sentyabr 2022-ci il tarixlərində davam edəcək. Sərgiyə giriş pullu olacaq: böyüklər üçün 2 AZN, uşaqlar üşün 1 AZN.