Advertisment
  • 230
  • 22-06-2022 23:39

Erməni politoloq: “Rəqibimiz müharibənin ikinci mərhələsinə hazırlaşır”

“Demək olar ki, hər həftə ordumuzda casuslar tuturlar və fəxrlə göstərirlər”.

Herbiand.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Ara Vardanyan yazıb.

Onun sözlərinə görə, digər tərəfdən, Ermənistan hökumətinin kreslolarına bağlanan satqınlar bütün günü sülhdən danışırlar.

“İndi sual: əgər Azərbaycan həqiqətən sizinlə sülh şəraitində yaşamaq istəyirsə, ordumuzda bu qədər casusun nə işi var? İndi sual. Reallıq isə tamam başqadır. Rəqibimiz müharibənin ikinci mərhələsinə hazırlaşır”, - deyə Vardanyan qeyd edib. Ordu.az



Oxşar xəbərlər