Advertisment
  • 19
  • 23-06-2022 11:40

ABŞ-ın Ermınistanda yeni səfiri kim olacaq?

ABŞ prezidenti Co Bayden Ukraynadakı keçmiş səfir Kristina Kvieni ölkəsinin Ermənistandakı diplomatik missiyasının rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Kristina Kvien Kaliforniyada anadan olub. O, 2019-cu ilin mayında Ukraynaya gedib və ABŞ-ın müvəqqəti işlər vəkili vəzifəsini tutub. ABŞ-ın Ukraynadakı səfirinin müavini Kristina Kvien  2020-ci ildə səfir vəzifəsini icra edib və yanvar ayından mayın sonuna kimi fəaliyyət göstərib. Diplomatik karyerası ərzində o, Tailand, Böyük Britaniya, Rusiya, Avropa İttifaqı və Filippində ABŞ-ın diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.


Kristina Kvien siyasi elmlər üzrə bakalavr dərəcəsinə və ABŞ Ordusu Hərbi Kollecində strateji tədqiqatlar üzrə magistr dərəcəsinə malikdir.



Oxşar xəbərlər