Advertisment
  • 212
  • 23-06-2022 11:52

İrəvan Qarabağdan qaçan erməniləri geri qaytarmağa çalışır

Ermənistan hökuməti Qarabağdan Ermənistan Respublikasına köçən erməniləri geri qaytarmağın yollarını arayır.

Herbiand.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumət Qarabağ erməniləri üçün İrəvan-Xankəndi avtobus marşrutlarını maliyyələşdirməyə davam edəcəyini bildirib.

Hökumətin qərarına əsasən, bu məqsədlər üçün yenidən 13,6 milyon dram (təxminən 32 min dollardan bir qədər çox) ayrılacaq.

Rəsmi İrəvan iddia edir ki, guya, 2020-ci ilin noyabrında hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistandan 56 630 nəfər Qarabağa qayıdıb. Hökumət onların geri qaytarılmasını təşkil etmək üçün təxminən 350 milyon dram (830 min dollardan çox) ayırdığını bildirib.



Oxşar xəbərlər