Advertisment

Türkiyə ABŞ-dan F-16-lar ala bilməsə...

ABŞ F-16 təyyarələrini Türkiyəyə satmaq istəməyəcəyi halda Ankara Eurofighter Typhoon qırıcılarını almaq variantını nəzərdən keçirir.

Herbiand.az xəbər verir ki, bu barədə Türkiyənin Star qəzeti yazıb.

“Türk milli qırıcısı istifadəyə verilənə qədər ABŞ F-16 təyyarələrini verməkdən imtina edəcəyi halda Ankara müvəqqəti həll kimi Eurofighter Typhoon əldə edə bilər”, - Türkiyənin Hərbi-hava qüvvələri komandanı Hasan Kuçukakyuz bildirib.

Qəzetin məlumatına görə, Kuçukakyuz may ayında Böyük Britaniyaya səfər edib və Kral Hərbi-hava qüvvələri komandanı marşal ser Mayk Vinqstonla görüşüb. Bu ölkə Eurofighter konsorsiumunun əsas istehsalçısıdır. Türk general Britaniyada Typhoon döyüş təyyarəsinin imkanlarını öyrənib.

Adı açıqlanmayan türkiyəli məmur qəzetə müsahibəsində qeyd edib ki, Eurofighter Typhoon qırıcıları çox yaxşıdır və milli təyyarələr silahlanmaya qəbul edilənə qədər müvəqqəti variant ola bilər.