Advertisment
  • 114
  • 23-06-2022 13:00

ABŞ Ermənistana 120 milyon qrant ayırdı

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana 120 milyon dollar qrant verəcək.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, müqavilənin imzalanması bu gün Ermənistan hökumətinin iclasında təsdiqlənib.

USAID məbləği iki hissəyə ayıracaq. 68 milyon 565 min dollar demokratik inkişaf proqramlarına, 51 milyon 435 min dollar iqtisadi təhlükəsizliyin yaxşılaşdırılması proqramlarına yönəldiləcək.

Bu vəsaitin ayrılmasına əsas 3 səbəb göstərilir: Pandemiya, ədalətli parlament seçkiləri və Qarabağda müharibə.



Oxşar xəbərlər