Advertisment
  • 18
  • 23-06-2022 13:56

“Əminəm ki, bu gün Ukrayna və Moldovaya namizəd statusu verəcəyik”

“Əminəm ki, bu gün Ukrayna və Moldovaya namizəd statusu verəcəyik”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunun verilməsini tövsiyə edib. Gürcüstana isə hələ ki şərtləri yerinə yetirmək məsləhət görülüb.

Gürcüstan, Ukrayna və Moldovanın namizəd statusunu alıb-almaması barədə qərar iyunun 23-24-ü keçirilən Aİ sammitində veriləcək. Namizəd statusu isə Aİ-yə üzv olan bütün ölkələr qərarın lehinə çıxış etdiyi halda veriləcək.



Oxşar xəbərlər