Advertisment
  • 43
  • 23-06-2022 14:37

Putin Aşqabad sammitində iştirak edəcək?

Rusiya Prezidenti Vladimir Putin Xəzəryanı ölkələrin Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Zirvə toplantısında iştirak edəcək.

Herbiand.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə V.Putin iyunun 29-da Aşqabada səfər edəcək.

Qeyd edək ki, iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində VI Xəzər Sammiti keçiriləcək. Bundan əvvəlki Zirvə toplantısı 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində olub.



Oxşar xəbərlər