Advertisment
  • 22
  • 23-06-2022 15:45

Ukraynaya 14 zirehli transportyorun ilk partiyası göndərilib

Avstraliya Ukraynaya bağışladığı 14 ədəd M113AS4 zirehli transportyorun ilk partiyasını yola salıb.

Herbiand.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Kiyevdəki səfiri bildirib.

O, ilk partiyanın ötən həftə ölkəsindən yola salındığını qeyd edib. Avstraliyanın Ukraynaya hərbi yardımın ümumi dəyəri 196 milyon ABŞ dolları təşkil edir. Yardım paketinə zirehli nəqliyyat vasitələri ilə yanaşı, M777 haubitsaları, zirehdeşici silahlar, sursat, PUA-lar və müxtəlif növ piyada ləvazimatları daxildir.



Oxşar xəbərlər