Advertisment
  • 29
  • 23-06-2022 16:02

Vətən Müharibəsi iştirakçılarına medallar təqdim olundu - FOTO

Naftalan Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə ŞİH-nin əməkdaşları və Goranboy rayon SHXÇDX-nin müavini iştirak edib.

Herbiand.az xəbər verir ki, tədbirdə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirən bir sıra Vətən müharibəsi iştirakçısına medallar təqdim edilib. Cəfərov Vasif Asif oğluna “Qubadlının azad olunmasına görə”, Tağıyev Qiyas Fariz oğluna və Bayramov Tural Bəhərçi oğluna “Suqovuşanın azad olunmasına görə”, Ruzicəngi Murad Elxan oğluna “Şuşanın azad olunmasına görə” medalları təqdim edilib. 

Çıxış edən natiqlər Şəhidlərimizin döyüş yoluna nəzər salaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildiriblər.

Qeyd edilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.





Oxşar xəbərlər