Advertisment
  • 108
  • 23-06-2022 16:07

Ədalət Verdiyev: “Bu hal dəfələrlə baş verib, amma...”

Ermənistanda ehtiyatda olan hərbçilərin təlimlərə cəlb edilməsi ilə qarşılaşmamız birinci dəfə deyil. Bu hal dəfələrlə baş verib, amma müharibə baş çatdıqdan sonra Ermənistan siyasi rəhbərliyi bu təlimlərin sayını bir qədər də artırdığı müşahidə olunur.

Hərbi ekspert Ədalət Verdiyev Herbiand.az-a Ermənistanda ehtiyatda olan hərbi qulluqçuların ordu sıralarına çağırlmaqlarında məqsədini şərh edib:

“Əslində bu planlı tədbirlərdir. Daha əvvəlcədən Ermənistan ordusunun hazırlıq planına daxil edilən fəaliyyətlərdən biridir. Görünən budur ki, Ermənistan tərəfi bu təlimlərin sayını artırmaqla  daha çox insanı  orduya cəlb etmək,  cəlb etdikdən sonra onlara müəyyən şərtlər altında yəni, müəyyən maaş qarşılığında onları müqavilə ilə müddətdən artıq xidmət etməyə və bunun sayəsində müharibə zamanı boş qalan vakant vəzifələri doldurmağa çalışır. Təbii ki, bu məcburi bir tədbirdir. Ermənistan tərəfin ordunun ştatında mövcud olan  yerləri azsayda da olsa, doldurmağa, komplektləşdirmək məqsədi daşıyır. Ermənistan ordusunun  ehtiyatdan səfərbərliyə cəlb etməklə, müharibə hazırlıqlarını tamamlayacağını düşünmürəm. Müharibə aparmaq üçün daha böyük iqtisadi  resurslar, hərbi imkan və vasitələr, o cümlədən ciddi və çox sayda müdafiə potensialı zəruridir. Ermənistanda belə imkan hələ tam formalaşmayıb. Ehtiyatdan 100-200  adam çağırmaq müharibə talehinə, müharibə aparılmasına təsir edəcək faktor hesab olunmur. İstənilən halda biz Azərbaycan olaraq bu proseslərin miqyasını, gedişini, istiqamətini nəzarətdə saxlamlıyıq”.

Emin Şirvanzadə



Oxşar xəbərlər