Advertisment

ABŞ səfirliyinin məşhur səsyazmaya cavab açıqlanıb

Ermənistanın “Hraparak” nəşri ABŞ-ın bu ölkədəki səfiri Lin Teysiyə sorğu göndərərək Ali Məhkəmə Şurasının sədri vəzifəsini müvəqqəti olaraq icra edən Qaqik Changiryanla bu qurumun səlahiyyətlərinə xitam verilmiş sədri Ruben Vardazaryan arasında 2021-ci il fevralın 20-də baş tutan telefon danışığına qiymətləndirmə verməyi xahiş edib.

Herbiand.az xəbər verir ki, səfirlik nəşrinə sorğusuna cavab verib.

“İşin təfərrüatlarını diqqətlə izləyirik. Daha əvvəl dediyimiz kimi, biz Ermənistanda gedən demokratik islahatları dəstəkləyir və təşviq edirik. Demokratiyanın təməl daşlarına qanunun aliliyi, məhkəmə müstəqilliyi və vətəndaşların dövlət məmurlarından hesabat tələb etmək hüququ daxildir. Ermənistan xalqının tələbi ilə məhkəmə islahatlarına dəstəyimizi davam etdirməyə hazırıq, burada müəyyən irəliləyiş əldə olunub, lakin hələ çox işlər görülməlidir”, - deyə cavabda bildirilib.

“Səfirə Ermənistanda demokratik dəyərlərin tənəzzülü ilə bağlı başqa suallar vermişik, lakin səfirlik bütün suallara belə formal və mənasız cavab göndərməyə üstünlük verib”, - deyə nəşr qeyd edib.