Advertisment

Delimitasiya gündəmdədir, danışıqlar aparılır - Lavrov

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası məsələsi gündəmdədir. Bu sahədə komissiyanın ikinci iclasının Moskvada keçirilməsi razılaşdırılıb. 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib. 

Lavrov vurğulayıb ki, delimitasiya ilə bağlı Azərbaycan və Ermənistan tərəfi ilə danışıqlar aparılır: "Hər iki tərəf üçün uyğun olacaq vaxt seçiləck. Uyğun vaxt olan kimi görüş keçiriləcək".

Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib.