Advertisment

Lavrov: “Ermənistan delimitasiya komissiyasının ikinci iclasında iştiraka hazır olduğunu təsdiqləyib”

Ermənistan tərəfi sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın ikinci görüşündə iştiraka hazır olduğunu təsdiq edib.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Bir neçə həftə bundan öncə İrəvanda Ermənistan Baş naziri və XİN başçısı ilə danışıqlar apardığını xatırladan Sergey Lavrov ikinci görüşün Moskvada keçirilməsi barədə razılıq əldə olunduğunu vurğulayıb:

“Biz indi hər iki tərəfə uyğun olacaq tarixin seçilməsi ilə məşğuluq. Mən tərəflərin heç birinin bu işdə fikrindən dönməsi ilə bağlı siqnalı görməmişəm. Əksinə, İrəvanda da, bugünkü danışıqlarda da indiki mərhələdə bütün səylərdən delimitasiyanın vacib komponent olduğunun təsdiqini aldım”.