Advertisment

“Minsk qrupu fəaliyyətini dayandırıb” - Lavrov

“Biz Bakıda ATƏT-in Minsk qrupunu müzakirə etmədik. Çünki o, ABŞ-dan və Fransadan olan iştirakçıların təşəbbüsü ilə fəaliyyətini dayandırıb”.

Bunu Bakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Lakin biz post-münaqişə dövründə nizamlanma proseslərini müzakirə etdik. Bu nizamlanma üçün baza üç Rusiya-Azərbaycan-Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatda var. Hər üç ölkənin liderlərinin imzaladığı üçtərəfli bəyanatlar, bütün tərəflər tərəfindən qalan bütün məsələlər üzrə irəliləyişə nail olmaq üçün əsas olaraq qəbul edilir. Biz bu mövqedən çıxış edirik”, - Lavrov əlavə edib.