Advertisment

Qarabağ erməniləri arasında təfriqə - Samvel Babayan nəyə çalışır?

Qaarabağ ermənilərinin qanunverici orqanında istintaq komissiyası yaratmaq üçün 8 müxalifətçi təşəbbüs qaldırıb. Bu 8 nəfərə bir nəfər də Samvel Babayanın  “Vahid Vətən” fraksiyasından da bir nəfər qoşulub.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər veir ki, hakimiyyətədə olan “Azad Vətən” fraksiyasının deputatları və “Vahid Vətən” deputatları həmkarına imzasını geri götürməsi üçün təzyiqlər etməyə başlayıblar. Reqlament isə  imzanın geri götürülməsi üçün 3 gün müddət müəyyən edilib, deputat ərizəsini geri götürməsə, komissiya qanuni qüvvəyə minərək yaradılacaq və ona “Ədalət” fraksiyasından olan  David Qalstyan sədrlik edəcək.

İstintaq komissiyası Qarabağda kənd təsərrüfatı və investisiya fondlarının fəaliyyətindəki korrupsiya mexanizmlərini araşdırmalıdır.

Erməni mənbələrinin məlumatına görə Samvel Babayan siyasi kursunu dəyişir. O Araik hakimiyyətindən daha çox nələrisə qoparmağa çalışır.