Advertisment

Brüssel MASASINDA nələr olacaq: Politoloq AÇIQLADI

"Son olaylar göstərir ki, Ermənistan tərəfi məsələləri həll etmək iqtidarında deyil. Ona görə də Brüsseldə keçiriləcək növbəti görüşün nə qədər məhsuldar olacağını demək çətindir. Avropa İttifaqı isə müəyyən məsələlərdə nəticə əldə etmək üçün çalışacaq".

Herbiand.az  publika.az-a istinadən xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Politoloq qeyd edib ki, Azərbaycanın görüşdə irəli sürəcəyi tələblərindən biri Qarabağdakı separatçıların tərksilah olunması, ərazini tərk etməsi olacaq:

"Azərbaycan torpaqlarında heç bir əlisilahlı dəstə ola bilməz. Ölkəmiz bununla bağlı tələbini Brüsseldə də yenidən səsləndirəcək. Digər önəmli məsələlərdən biri isə komunikasiya vasitələrinin açılmasıdır. Digər tərəfdən sülh müqaviləsinin bağlanması yolunda müəyyən irəliləyiş əldə oluna bilər. Xüsusilə demarkasiya və delimitasiya məsələsində yaradılmış komissiyalardan nəticə gözlənilir. Sadəcə sadaladıqlarımızın reallaşması üçün İrəvan qəti mövqe ortaya qoymalıdır. Bakı verilən boş vədlərə deyil, real addımlara inanır. Ötən gün ermənilər tərəfindən yenidən atəşkəsin pozulduğu açıqlandı. Bu proses davam edərsə, danışıqların nəticəsindən aslı olmayaraq biz lazım olan tədbirləri görmək məcburiyyətində qalacağıq. Ermənistan danışıqlar vasitəsilə separatçıların Qarabağdan çıxarılma müddətini uzatmağa çalışır. Ancaq onlar bilməlidir ki, bu istəkləri heç vaxt reallaşmayacaq".