Advertisment

Ermənistanın deputatları Azərbaycandadır

Ermənistan parlamentinin “Ermənistan” blokunun bir qrup deputatı dünən Azərbaycan ərazisinə gəlib.

Herbiand.az xəbər verir ki, bunla bağlı səfərə gələnlərdən biri deputat Aqvan Vardanyan Hraparak.am saytına müsahibə verib.

O bildirib ki, səfərin məqsədi Laçın dəhlizindən köçürülmə ilə bağlı vəziyyətlə yerinə tanış olmaqdır.

Deputat Laçın dəhlizində yoxlanma prosedura ilə bağlı sualın cavabında bildirib ki, bu onun ilk səfəri deyil.

“Əvvəllər yolda 5-6 yerdə sənədlər yoxlanılırdısa, bu dəfə yalnız iki məntəqədə yoxlama oldu”.

Onun sözlərinə görə əvvəlki postlar hələ də qalmaqdadır, lakin onların sənədi ancaq Azərbaycan ərazisinə girişdə və Şuşa yaxınlığılndakı postda yoxlanıb.

Aqvan Vardanyan bildirib ki, bu gün Qarabağ ermənilərinin idarəetmə strukturlarında görüşləri olacaq.