Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında 2008-ci ildə Gürcüstanda baş vermiş müharibə və hazırda Ukraynada gedən müharibə ilə bağlı fikirlərini bildirib.
“Tiflis seçim etməli olacaq: ya Moskvaya tam sadiqlik, ya da Ukrayna ssenarisi ehtimalı ilə “şübhəli gələcək””, - deyə Medvedev bildirib.
Ermənistan Ali Şuranın keçmiş deputatı Azat Arşakyan bildirib ki, Medvedev “baba”nın bunkerdə nə istədiyini bilir: “Rusiyanın Gürcüstanda tanınmış oliqarx timsalında mövcudluğu var”.
Arşakyan son hadisələrlə bağlı Ermənistan müxalifətinin susmasına toxunaraq deyib: “Bizim 5-ci kolon siyasi cəhətdən faydalı axmaqlardır. Bizim 5-ci kolon muzdlu qatillərdir”.