Advertisment

Xankəndi qorxu içərisində: Dəhlizin yeni marşurutu - VİDEO

Laçın şəhəri və Zabux kəndini tərk edən ermənilərə Xankəndiyə köçmək təklif olunsa da onlar bundan imtina edərək Ermənistana gedirlər. Bu erməni teleqram kanallarının yaydığı məlumatda qeyd olunub.        

Herbiand.az xezerxeber-ə istinadən xəbər verir ki, Azərbaycana təhvil verilməli olan ərazilərdə yaşayan ermənilərə separatçıların rəhbərliyi tərəfindən məcburi göstəriş verilib.

Ərazini tərk edən ermənilərin Xankəndi əvəzinə Ermənistana getməsi isə çox ciddi sualların cavabını ortaya qoyur. İlk növbədə bu onu göstərir ki, ermənilər separatçı rejimin yalan vədlərinə və rifah içində yaşamaq xəyallarına inanmırlar. Buna görə də ərazini tərk edənlər illər sonra qanunsuz məskunlaşdıqları yerdəki taleyi bir müddət sonra Xankəndidə də yaşamaq istəmirlər. Nəticədə isə separatçı rejim və rusiya sülhməramlılarının zorla ərazidə saxlamağa çalışdığı ermənilərin sayı hər keçən gün azalır.

Prosesin əvvəlində bəzi ermənilər tərk etdikləri evləri yandırmağa, ağacları qırmağa cəhd etsələr də, sonradan onlara bildirilib ki, əmlaka zərər vuran şəxslərə sosial yardımlar edilməyəcək.

Buna baxmayaraq bəzi ermənilər evlərin qapı-pəncərələrini söküb özləri ilə aparırlar. ərazidə yaşayan ermənilərin bəziləri isə yaşadıqları yeri tərk etməyəcəklərini bildiriblər.

Bu arada erməni mediası Laçın koridoruna alternativ çəkilən yolun Ermənistan tərəfində aparılan tikinti işləri ilə bağlı xəbər hazırlayıb. Videomaterialda deyilir ki, tikinti ilə eyni vaxtda üç podratçı məşğul olur. Artıq 6 gündür ki, torpaq işləri aparılır.

Erməni mediası yazır ki, yol Ahavno çayı üzərində yeni tikilmiş körpüdən Kornidzor kəndinə qədər uzanacaq. O vaxta qədər Ermənistanın Qarabağla əlaqəsi torpaq yol ilə təmin ediləcək.

Yeni yolun ümumi uzunluğu 11,8 km olacaq. Tikinti işlərinin gələn ilin yazınadək başa çatdırılması nəzərdə tutulur deyə erməni mediasının yaydığı məlumatda vurğulanıb.