Advertisment

Levon Ter-Petrosyandan etiraf: “Mən işğalçıyam” – VİDEO

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində hakimiyyətdə olduğu vaxtda Azərbaycan ərazilərini məhz işğal etdiyini bildirib.

Herbiand.az xəbər verir ki, Levon Ter-Petrosyan bildirib ki, beynəlxalq hüquqda “tarixi torpaqlar” anlayışı yoxdur.

“Bu illüziya idi. Biz deyirdik ki, Qarabağı və ətraf rayonları azad etmişik. Bu bizim tarixi torpaqlarımızdır. Beynəlxalq hüquqda belə anlayış yoxdur. Biz deyirik ki, azad etmişik. Amma beynəlxalq birlik bunu işğal kimi qəbul edir”.

Bu fikirlərə müdaxilə edən jurnalistin “Belə çıxır ki, siz işğalçısız” sualına isə Levon Ter-Petrosyan “bəli” deyə cavab verib.